
Əfsanələrdən İlhamlanan Draco Ətri
Əsrlər boyu əfsanələr və miflər insanları valeh edib. Bu miflərin ən güclü və əzəmətli varlıqlarından biri şübhəsiz ki, əjdahadır. Draco bu əfsanəvi varlığın gücündən və əsilzadəliyindən ilhamlanaraq yaradılmış bir ətirdir.
Draco sizi sirli və sehrli bir səyahətə dəvət edir. Üst notlarda təzə və canlandırıcı limon notları ilə açılır, tədricən qızılgül və jasminin zərif harmoniyası ilə ürək notlarına keçir. Qızılgülün isti və cəlbedici ətri jasminin ekzotik və cazibədar aroması ilə birləşir. Bu harmoniya əjdahanın içindəki müdrikliyi və sirri təmsil edir.
Baza notlarında ənbər və müşkün dərin və isti tonları hiss olunur. Ənbərin zənginliyi və müşkün yumşaqlığı əjdahanın gücünü simvolizə edir.
Çin Yeni ili dövrünə görə Əjdaha ilində təqdim olunan Draco ətrimiz ətir kompozisiyasında güc, qüdrət və cəsarət xüsusiyyətlərinə istinad edir. Əjdaha ilində doğulanlar idealist, mükəmməliyyətçi və şüurlu insanlar hesab olunur.
Üst Not
Limon
Ürək Notu
Qızılgül, Jasmin
Baza Notu
Müşk, Ənbər

















